Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA

Bakının bir sıra küçələrində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Avtosfer.az xəbər verir ki, 14 İyul küçəsində (Suraxanı rayonu) – 11 avqust 2026-cı il saat 09:00-dan; Sergey Yesenin küçəsində (Xəzər rayonu) – 11 avqust 2026-cı il saat 10:00-dan; Əbdülvahab Salamzadə küçəsində (Nəsimi rayonu) – 11 avqust 2026-cı il saat 18:00-dan nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bəs Bakının üç küçəsində yolların bağlanması zamanı sürücülər hansı səhvlərdən çəkinməlidirlər və alternativ yollara keçərkən hansı təhlükələr yarana bilər?
Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, şəhərimizdə yenidənqurma işləri çərçivəsində yollar və infrastruktur yenilənir:

"Yollara yeni asfalt örtüyü çəkilir, yol xətlərinin yenilənməsi və işıqlandırma işləri aparılır. Bu, təqdirəlayiq haldır. Amma eyni zamanda bir neçə əsas yolda təmir işlərinin paralel aparılması sürücülər üçün müəyyən çətinliklər yaradır. Yaxşı olardı ki, küçələr mərhələli şəkildə təmir olunsun. Bir küçədə işlər başa çatdıqdan sonra digər küçədə təmirə başlanılması sürücülərin üzləşdiyi çətinlikləri azalda bilər. Sürücülər də nəzərə almalıdırlar ki, görülən bütün bu işlər onların təhlükəsizliyi və rahatlığı üçün həyata keçirilir.
Yolların yaxşı vəziyyətə gətirilməsi, işıqlandırmanın təmin olunması və yol nişanlanmalarının yenilənməsi birbaşa sürücülərin xeyrinədir. Ona görə də sürücülər belə hallarda təmkinli və səbirli olmalı, vəziyyəti anlayışla qarşılamalıdırlar. Bir neçə küçədə tıxac yarandıqda və ya yollar bağlandıqda alternativ küçələrin nəqliyyat yükü artır. Bu zaman sürücülərdən daha diqqətli və ehtiyatlı davranmaları tələb olunur. Risk məsələsi də birbaşa ehtiyatlılıqla bağlıdır. Sürücülər diqqətli və təmkinli hərəkət etsələr, küçələrdə təmir işləri aparıldığı və alternativ yolların yükləndiyi vaxtlarda belə qəzaların sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür".
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












