Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA

Bakıda torpaq qiymətlərində müşahidə olunan artım son aylarda daşınmaz əmlak bazarında ən çox müzakirə edilən məsələlərdən birinə çevrilib.
Avtosfer.az xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində torpaq sahələrinin bahalaşması həm alıcıların, həm də investorların diqqətini cəlb edir.
Bəs Bakıda torpaq qiymətlərinin son aylarda sürətlə artmasının əsas səbəbləri hansılardır?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, torpaq məhdud resursdur və ona olan tələbat daim yüksəkdir:

“Məhz buna görə də uzunmüddətli dövrdə torpaq qiymətlərinin artması təbii proses hesab olunur. Mənzillərin sayını artırmaq mümkündür. Daha çoxmərtəbəli binalar tikmək olar. Lakin torpağın həcmini artırmaq mümkün deyil. Bu səbəbdən torpaq bazarında qiymət artımı daha davamlı xarakter daşıyır. Torpaq qiymətləri adətən yalnız ölkədə iqtisadi vəziyyət zəiflədikdə və tikinti fəaliyyətinə tələbat azaldıqda ucuzlaşır. Bu baxımdan torpaq qiymətlərinin enməsi iqtisadiyyat üçün müsbət göstərici sayılmır. Çünki bu, tikinti sektorunda və ümumilikdə bazarda fəallığın azalmasından xəbər verir".
İqtisadçı əlavə edib ki, torpaq qiymətlərinin bahalaşması mənzil bazarına da birbaşa təsir göstərir:
“Torpağın dəyərinin artması tikinti xərclərini yüksəldir və nəticədə mənzil qiymətlərinin bahalaşmasına səbəb olur. Bakıda son illərdə mənzil qiymətlərində müşahidə olunan artımın əsas səbəblərindən biri də məhz torpaq sahələrinin bahalaşmasıdır”.
Fatimə Dadaşova
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












