Bakıda "Volkswagen"dən tapança aşkar edilib
Gündəm
7 Sentyabr 2019 18:49
Oxunub 1321

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində
Bakıda “Volkswagen Jetta” markalı avtomobildə tapança aşkar edilib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında sentyabrın 4-də Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini O.Həmzəyevin idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança aşkar edilərək götürülüb.
Namiq
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













