Bakıda X Çağırış Kubokunun qalibləri müəyyənləşdi - FOTO

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu“nun təşkilatçılığı ilə X Çağırış Kubokunun final oyunları keçirilib.
Avtosfer.az xəbər verir ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə keçirilən X Çağırış Kuboku turniri Azərbaycan dilli hərəkatın ənənəvi turnirlərindəndir. Kubokun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
Kubok çərçivəsində Gəncə və Bakı şəhərlərində seçim turları keçirilib, finala vəsiqə qazanan komandalar müəyyən edilib. Finala paytaxt Bakı ilə yanaşı, Quba, Gəncə, Lənkəran, Goranboy, Mingəçevir, Şəki, Sabirabad, Sumqayıt təmsilçiləri də daxil olmaqla 31 komanda vəsiqə qazanıb.
Turnirin finalı 30 noyabr – 1 dekabrda Bakıda təşkil edildi. Finalda təmsil olunan komandalar Çağırış Kuboku və Regionlar Kuboku uğrunda mübarizə aparıblar. Turnirin ilk günü "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilən yarışlarda bu iki kubokun qalibləri müəyyənləşib.
Regionlar Kubokunu Şəki şəhərini təmsil edən “Marxal Resort“ komandası, 2-ci və 3-cü yeri isə müvafiq olaraq Sabirabad və Gəncəni təmsil edən eyniadlı komandalar qazanıblar. Çağırış Kuboku turnirində isə “Kidderminister“ rəqibləri üçün əlçatmaz olub. 2-ci yeri “Nəriman Vəliyevin komandası“, 3-cü yeri isə “Veni Vidi Vicious“ tutub.
Çağırış Kubokunun yekunlarına görə 8 komanda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yarışa vəsiqə qazanıblar. Bu turnirdə isə “Maqnat“ komandası qalib olub. 2-ci və 3-cü yerin sahibi isə “Veni Vidi Vicious“ və “Gəncə“ komandaları olub.
Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılıblar.
İnformasiya dəstəyi: Avtosfer.az


















İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











