Bakıda yağışdan sonra gölməçələrin yaranmasının qarşısı alınacaq

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, o qeyd edib ki, yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir. Q.Hüseynovun sözlərinə görə, kanalizasiya xətlərinə yad tullantılar çox atılır: “Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Ya kanalizasiya tutulur, ya da yağış suları çox olduğuna görə çatdıra bilmir. Digər tərəfdən, Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.
"Azərsu" rəsmisi deyib ki, gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










