Bakıda yeni “kamikadze - 58 BX 138 - sürücü" peyda olub - VİDEO

Bakıda qarşı yola çıxaraq təhlükə yaradan, o cümlədən hərəkətlərində avtoxuliqanlıq elementləri olan sürücü kameraya düşüb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Xocasən yolunda qeydə alınmış videodan görünür ki, 58 BX 138 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobilin sürücüsü təmir gedən beton piltələrlə kəsilmiş dar yolda əks istiqamətə çıxır. Bu zaman digər hərəkət iştirakçılarına da real təhlükə yaradır.
Bundan sonra sürücü elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır. Ona etiraz edən sürücülərə isə əl-qol hərəkətləri ilə kobudluq edir.
Nəzərə alsaq ki, onsuz da dar olan yolda manevr imkanları məhduddur, bu sürücünün real qəzaya, hətta ölümə getdiyi aydın olur. Sürücülər arasında belələri “kamikadze” adlandırılır. Çünki qəza anında özü ilə bərabər digərlərinə də zərər vurur. Videonu təqdim edirik. Yəqin ki, Dövlət Yol Polisi əməkdaşları sürücünü aşkar edərək barəsində müvafiq qaydada tədbir görüb, yaxud bu videodan sonra tədbir görəcəklər.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











