Bakıda yeni təmir olunan yol bir il keçməmiş yenə çökdü - VİDEO

Bakıda yeni təmir olunan yolda yenidən çökmə baş verib və çatlar yaranıb. Söhbət paytaxtın Səbail rayonu, ''Bibiheybət'' məscidindən üzü şəhər istiqamətinə gedən yoldan gedir. Çökmə və çatların olması bu yoldan istifadə edən sürücüləri də narahat edir.
Məsələ ilə bağlı "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib ki, sözügedən yol tektonik ərazidə yerləşir. Həmin yol Agentliyin nəzarəti altındadır və sürücülərin narahatlığına heç bir əsas yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə şifahi olaraq bildirib ki, yolun yerləşdiyi ərazi sürüşmə zonasında yerləşir.Bir neçə il əvvəl yolun alt hissəsinə, yəni Bakı Gəmiqayırma Zavodu olan tərəfdə istinad divarları çəkilib. Aparılan monitorinqlər zamanı məlum olub ki, ərazi sürüşmə zonasında olduğuna görə yüksək təzyiq həmin istinad divarlarında qabarmaların yaranmasına səbəb olub. Bununla yanaşı, yolda çatlar və çökmə də baş verib.
Əziz Qaralov onu da qeyd edib ki, həmin ərazidə monitorinqlər davam etdirilir.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO










