Bakıdakı bu yolda dirəklər var, amma qurumlar işıqlandırmaq istəmir - VİDEO - YENİLƏNİB

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən bildirildi ki, qısa müddət öncə sözügedən ərazidə elektrik xəttində qəza baş vermişdir. İB mütəxəsissləri tərəfindən bərpa təmir işləri aparılır, ən qısa zamanda işiq dirəklərinin fəaliyyəti bərpa ediləcək.
***
30.06.2025, 11:30
***
Paytaxt yollarında gecə vaxtı müşahidə olunan işıqlandırma problemi sürücülər üçün təhlükə mənbəyinə çevrilməkdə davam edir. Hər nə qədər problem dəfələrlə ictimailəşdirilsə də, bəzi ərazilərdə hələ də vəziyyət dəyişməz qalır.
Avtosfer.az xəbər verir ki, belə problemlərdən biri də Sabunçu rayonunun Ramana qəsəbəsində yaranıb. Sakinlərin redaksiyamıza göndərdiyi görüntülərdən aydın görünür ki, “Savxoz” adlanan ərazidə işıq dirəkləri olsa da, onların heç biri işlək vəziyyətdə deyil. Axşam saatlarında yola çıxan sürücülər qaranlıqda yolu görməkdə çətinlik çəkir, bu isə qəza riskini əhəmiyyətli dərəcədə artırır.
İşıqlandırma probleminin uzun müddət həll olunmaması bu ərazidə piyadaları və sürücüləri təhlükəyə atır.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, yolların işıqlandırılması "Azərenerji" tərəfindən həyata keçirilir və problem ən qısa zamanda aradan qaldırılacaq.
"Azərenerji" ASC-dən bildirildi ki, qeyd olunan məsələ qurumun səlahiyyət çərçivəsində deyil.
Eltac Zülfüqaroğlu
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












