Bakıdakı köşklər yeni dizaynda: Artıq siqaret satılmayacaq - FOTO

Paytaxtda dayanacaq pavilyonlarında yeni mərhələyə start verilib.
Avtosfer.az xəbər verir ki, dayanacaqlarda yenidən dizayn edilən bütün satış nöqtələri artıq gül köşklərinə çevriləcək.
Əvvəllər bu köşklərdə müxtəlif növ məhsullar — qida, xırdavat, lotereya və hətta tütün məmulatları satılırdı. Lakin yeni konsepsiyaya əsasən, bu köşklər yalnız çiçək və dekorativ bitkilərin satışı üçün nəzərdə tutulacaq.

Bu addım həm şəhər estetikası baxımından, həm də sosial məqsədlərlə müsbət qarşılanır. Çünki belə köşklər ətraf mühitə zərər vurmur, əksinə, paytaxtın ümumi görünüşünə təravət və rəng qatır.
Eyni zamanda, gələcəkdə bu pavilyonların bir qisminin apteklər və ictimai xidmət köşkləri kimi istifadəyə verilməsi də nəzərdən keçirilir. Bu da sakinlər üçün həm rahatlıq yaradacaq, həm də dayanacaq ətrafında nizamsız satış fəaliyyətlərinin qarşısını alacaq.
Ekspertlər hesab edir ki, bu dəyişikliklər həm şəhər memarlığına müsbət təsir göstərəcək, həm də dayanacaqlarda səliqə və təhlükəsizlik səviyyəsini artıracaq.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












