Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO

Azərbaycanla Türkiyə arasında sərnişin dəmir yolu əlaqəsinin yaradılması üçün texniki imkanların mövcud olduğu bildirilir. Hazırda Bakı–Tbilisi marşrutu üzrə fəaliyyət göstərən qatarın xüsusi texnologiyası onun gələcəkdə Türkiyəyə qədər uzadılmasına imkan verə bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf bildirib ki, sözügedən qatarın əsas üstünlüklərindən biri dəyişən təkər cütləri sistemidir. Bu texnologiya rels ölçüləri fərqli olan dəmir yolu xətlərində qatarın hərəkətini təmin edir.
Sistem sayəsində qatar 1520 millimetrlik rels ölçüsündən 1435 millimetrlik standart rels ölçüsünə keçərkən vaqonların dəyişdirilməsinə və uzunmüddətli dayanmasına ehtiyac qalmır. Axalkalakidə yaradılmış avtomatlaşdırılmış sistem vasitəsilə qatarın təkər cütlərinin ölçüsü rels xəttinə uyğunlaşdırılır.
“Hazırda Bakı–Tbilisi marşrutunda fəaliyyət göstərən qatar əslində daha geniş beynəlxalq marşrut üçün nəzərdə tutulmuş texniki imkanlara malikdir. Qatarın əsas unikallığı dəyişən təkər cütləri sistemidir. Bu texnologiya sayəsində 1520 mm-lik rels xəttindən 1435 mm-lik rels xəttinə keçid avtomatik şəkildə həyata keçirilə bilir”, – deyə Rauf Ağamirzəyev qeyd edib.
O bildirib ki, bu baxımdan Bakı–Tbilisi–Qars–İstanbul istiqamətində sərnişin qatarının təşkili texniki cəhətdən maraqlı perspektivdir.
Ekspert hesab edir ki, Bakı–Tbilisi marşrutunda istifadə olunan qatarın İstanbul istiqamətində beynəlxalq reyslərə cəlb edilməsi, həmin marşrut üçün isə ayrıca yeni qatarın alınması daha səmərəli model ola bilər.
“Bakı–Tbilisi qatarı regional sərnişin əlaqəsini, Bakı–İstanbul qatarı isə Azərbaycanın beynəlxalq sərnişindaşıma coğrafiyasını genişləndirə bilər. Xəzərin sahilindən başlayan qatarın Axalkalakidə relsölçüsünü avtomatik dəyişərək Türkiyə dəmir yolu şəbəkəsinə daxil olması, Qars–Ankara xətti ilə hərəkətini davam etdirməsi və İstanbul vasitəsilə Mərmərə dənizi sahillərinə çatması artıq yalnız nəzəri ideya deyil. Texniki imkan mövcuddur”, – deyə Rauf Ağamirzəyev vurğulayıb.
Növbəti mərhələdə əsas məsələ bu texniki potensialın beynəlxalq sərnişindaşımada istifadəsi üçün uyğun istismar modelinin və müvafiq qərarların müəyyənləşdirilməsidir.
“Bakı–İstanbul qatarı ‘3 dənizin əfsanəsi’ ola bilər: Xəzərdən Qara dəniz regionuna, oradan Mərmərəyə və Avropaya uzanan yeni beynəlxalq sərnişin dəmir yolu xətti”, – ekspert əlavə edib.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO













