Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə daha 5 küçədə təmir işlərinə başlanılır. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, iyulun 16-dan etibarən Nəsimi rayonunda Ağadadaş Qurbanov, Yasamal rayonunda Şeyx Məhəmməd Xiyabani və Nizami rayonunda Əliağa Kürçaylı küçələrində təmir işlərinə start veriləcək. İyulun 17-dən isə Nizami rayonunda Cəlil Naxçıvanski küçəsində (8-ci km bazarının sağ və sol tərəfi), eləcə də Yasamal rayonunda Ayna Sultanova küçəsində təmir işləri aparılacaq. AAYDA qeyd edib ki, təmir işləri müddətində göstərilən yol sahələrində işlərin gedişatına uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq. Agentlik sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı və mümkün olduqda alternativ yollardan istifadə etməyi tövsiyə edib.
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












