Bakının bu kəndinə avtobus işləmir; sakinlər narazıdır - VİDEO

Şüvəlan qəsəbəsinin bir sıra ərazilərində ictimai nəqliyyatla bağlı ciddi problemlər yaşanır.
Avtosfer.az xəbər verir ki, qəsəbənin 89-cu küçəsindən başlayaraq yaşayış massivinin daxilinə doğru hazırda heç bir avtobus xətti fəaliyyət göstərmir. Bu səbəbdən yerli sakinlər uzun illərdir ki, əsas magistral yola çıxmaq üçün təxminən 1–2 kilometr məsafəni piyada qət etməyə məcbur qalırlar.
Qəsəbənin 84-cü küçəsi istiqamətində müəyyən marşrut xətləri mövcuddur. Belə ki, bu ərazidə 112, 140, 144 və 146 nömrəli avtobus marşrutları fəaliyyət göstərir. Lakin qeyd olunan marşrutların heç biri Şüvəlan qəsəbəsinin daxili küçələrindən keçmir və bu da əhalinin gündəlik hərəkətində ciddi çətinliklər yaradır.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilib, rəsmi və şifahi şikayətlər bildirilib. Ancaq indiyədək bu müraciətlərə real cavab verən və problemin həlli istiqamətində addım atan olmayıb. Xüsusilə yaşlılar, uşaqlar və ictimai nəqliyyatdan gündəlik istifadə edən vətəndaşlar üçün uzun məsafəni piyada getmək həm vaxt itkisinə, həm də sağlamlıq baxımından əlavə risklərə səbəb olur.
Qəsəbə sakinləri aidiyyəti qurumlardan xahiş edirlər ki, heç olmasa bir avtobus xətti Şüvəlan qəsəbəsinin daxili küçələrindən keçsin və illərdir davam edən bu nəqliyyat problemi aradan qaldırılsın.
AYNA-dan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şüvəlan qəsəbəsini hazırda müntəzəm marşrutlar əlaqələndirir:
"Qeyd edilən ərazinin də yol infrastrukturu imkan verdiyi təqdirdə görülən işlər çərçivəsində ictimai nəqliyyatla əlaqələndirilməsinə baxılacaq".
Eltac Zülfüqaroğlu
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












