Bakının bu küçəsi piyadalaşdırıla bilər - TƏKLİF

Bakının mərkəzində yerləşən bəzi kiçik küçələrdə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti üçün əlverişsiz şərait qalmaqdadır. Mütəxəssislər hesab edirlər ki, belə ərazilərdə problemin həlli təkcə yol örtüyünün yenilənməsi ilə mümkün deyil.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev 28 May və Dilarə Əliyeva küçələri arasında yerləşən Süleyman Rüstəm küçəsinin bir hissəsini nümunə göstərərək bildirib ki, həmin ərazi demək olar ki, bütün hərəkət iştirakçıları üçün narahatlıq yaradır.
Burada piyadalar bəzən yolun hərəkət hissəsi ilə hərəkət etməyə məcbur qalır. Eyni zamanda, küçəyə daxil olan avtomobillər də rahat manevr edə bilmir. Bundan başqa, səkilərlə obyektlərin giriş-çıxışlarının kəsişməsi əlavə təhlükəsizlik problemləri yaradır.
Ekspert qeyd edib ki, bu cür küçələr tranzit nəqliyyat üçün nəzərdə tutulmadığından onların təşkili zamanı fərqli yanaşmalar tətbiq olunmalıdır.
Anar Əliyevin fikrincə, belə ərazilər üçün ən uyğun həll yollarından biri küçənin piyadalaşdırılması və ya ortaq küçə (shared street) konsepsiyasının tətbiqidir. Bu yanaşmada piyadalar və avtomobillər eyni məkanı aşağı sürət rejimində paylaşır, əsas üstünlük isə piyadalara verilir.
Bir çox hallarda bu konsepsiyanın yalnız tarixi mərkəz küçələrinə uyğun olduğu düşünülür. Halbuki, məhz bu kimi kiçikmiqyaslı və tez həyata keçirilə bilən layihələr ("quick win" həlləri) şəhər mühitinin mərhələli şəkildə daha təhlükəsiz, rahat və yaşanılabilir olmasına mühüm töhfə verə bilər.
Ekspert vurğulayıb ki, belə yanaşmalar həm piyadaların təhlükəsizliyini artırır, həm də şəhər məkanından daha səmərəli istifadə olunmasına şərait yaradır.
Eltac Zülfüqaroğlu
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












