Bakının bu küçəsində kanalizasiya daşıb, ətrafı üfunət bürüyüb - VİDEO

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan sakinlər uzun müddətdir ciddi kommunal problemlə üz-üzədirlər.
Avtosfer.az xəbər verir ki, qəsəbədəki Süleyman Sani Axundov küçəsində kanalizasiya sistemində yaranmış nasazlıq nəticəsində yol tamamilə su altında qalıb. Bu da təkcə nəqliyyatın və piyadaların hərəkətinə mane olmur, eyni zamanda ətrafa yayılan ağır qoxu səbəbindən orada yaşamaq da mümkünsüz hala gəlib.
Sakinlərin sözlərinə görə, problem artıq aylardır davam edir və bu müddət ərzində aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməyib. Küçə boyu axan kanalizasiya suları həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətini çətinləşdirir. Xüsusilə də yağıntılı havalarda vəziyyət daha da dözülməz hala gəlir.
Vətəndaşlar mövcud vəziyyətin bir an əvvəl aradan qaldırılması üçün Bakı Şəhər İcra Hakimiyyəti, ADSEA və digər aidiyyəti qurumlardan təcili tədbir görmələrini tələb edirlər. Onlar vurğulayıb ki, əvvəllər ərazidə sadəcə bir neçə obyekt var idi. Lakin indi hansısa avtoyuma məntəqəsinin yanında ona aid kafe də açılıb. Artan iaşə müəssisələri kanalizasiya xəttində yüklənmə yaratdığı üçün tez-tez tullantı suları yola axır.

Bizdə vətəndaşların şikayətlərini nəzərə alaraq mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu göndərdik.
Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda tullantı su xəttinin tutulması ilə bağlı vaxtaşırı əraziyə müvafi rayon sukanal idarəsinin qəza briqadası cəlb edilir, tutulmalar aradan qaldırılır.
“Xəttin yenilənməsi istiqamətində ərazidə monitorinq aparılacaq və verilən rəy əsasında müvafiq işlər görüləcək.
Onu da diqqətə çatdıraq ki, adətən kanalizasiya tutulmalarına səbəb əhalinin xətlərə müxtəlif məişət tullantılarını atmaları olur. Belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları atmasınlar”.
Fidan
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












