Bakının girişində güclü toz dumanı müşahidə olunur - VİDEO

Bakının Qaradağ rayonunda güclü toz dumanı müşahidə olunur. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, səhər saatlarından başlayan mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib. Nəticədə atmosfer havasında tozun miqdarı artıb.
Hətta Qaradağ rayonu ərazisində müşahidə olunan toz dumanı nəqliyyatın hərəkətinə maneələr yaradıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti şimal- qərb küləyinin sürətinin Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə isə 20 m/s-dək gücləndiyi barədə məlumat yayıb. Güclü küləklə əlaqədar olaraq, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Videonu "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə paylaşıb.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










