Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF

Şəhərlərdə piyada infrastrukturunun təşkili zamanı əlçatanlıq, yaşıllığın qorunması və küçə mebelinin düzgün yerləşdirilməsi əsas prinsiplərdən olmalıdır. Küçələr yalnız avtomobillərin hərəkəti üçün deyil, piyadaların rahat və təhlükəsiz hərəkəti, istirahəti üçün də nəzərdə tutulmalıdır.
Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Ekspert Ukraynanın Çernovtsi şəhərində, Zankovetska küçəsində tətbiq olunan piyada infrastrukturu həllinə diqqət çəkib. Onun sözlərinə görə, həmin küçədə fərdi dizaynla hazırlanan skamyalar taxta və təbii qumdaşının vəhdətindən yaradılıb. İlk baxışda gül yatağını xatırladan daş konstruksiyalar əslində küçə mebelinin bir hissəsidir.
Rauf Ağamirzəyev qeyd edib ki, layihənin diqqətçəkən cəhətlərindən biri yaşıllığın qorunması və piyadaların hərəkətinə maneələrin minimuma endirilməsidir. Bu yanaşma küçə məkanının həm funksional, həm də estetik baxımdan düzgün təşkilinə imkan verir.

Bakıda və digər şəhərlərimizdə də piyada infrastrukturu layihələndirilərkən bu cür həllər nəzərə alınmalıdır. Ağacların gövdəsi ətrafında qoruyucu konstruksiyalar qurulmalı, skamyalar və digər küçə mebeli piyadaların hərəkət zolağını daraltmayacaq şəkildə yerləşdirilməlidir. Eyni zamanda, pandusların və taktil örtüklərin qarşısının kəsilməməsi, hərəkət məhdudiyyətli şəxslərin də küçələrdən rahat istifadə edə bilməsi təmin olunmalıdır.
Ekspert vurğulayıb ki, keyfiyyətli şəhər mühiti ayrı-ayrı infrastruktur elementlərinin mövcudluğu ilə deyil, onların vahid sistem şəklində düşünülmüş inteqrasiyası ilə formalaşır. Bu baxımdan küçələrin planlaşdırılması zamanı piyadaların rahatlığı, maneəsiz hərəkət və yaşıllığın qorunması bir-birini tamamlayan prinsiplər kimi nəzərə alınmalıdır.
Eltac Züflüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












