Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT

Bakıda ictimai nəqliyyatın xüsusilə pik saatlarda həddindən artıq yüklənməsi sərnişin sayının artması ilə yanaşı, alternativ nəqliyyat vasitələrinin kifayət qədər olmaması ilə də əlaqələndirilir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev Bakının ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Ekspert bildirib ki, Bakı və ətraf ərazilərdə 4 milyondan çox insanın yaşadığı nəzərə alınarsa, sərnişinlərin əsasən metro və avtobuslardan asılı olması mövcud infrastrukturun üzərinə ciddi yük salır:
“Bu gün ictimai nəqliyyatın yenidən həddindən artıq yüklənməsində təəccüblü heç nə yoxdur. Bakı və onun aqlomerasiyasında 4 milyondan çox insan yaşayır. Bu qədər əhali üçün cəmi iki ictimai nəqliyyat növümüz var – metro və avtobus. Bu, fiziki olaraq kifayət deyil”.
Anar Əliyev hesab edir ki, pik saatlarda yüklənmənin tamamilə aradan qaldırılması qısa müddətdə mümkün deyil. Əsas problem sərnişinlərin çoxluğundan daha çox, alternativlərin məhdud olmasıdır.
“Hazırda hansısa “möcüzəvi həll” gözləmək düzgün deyil. Pik günlərdə yüklənmələr qaçılmaz olacaq. Problem sərnişin sayının çoxluğunda deyil, alternativlərin kifayət qədər olmamasındadır”, – deyə ekspert qeyd edib.
O bildirib ki, Abşeron dairəvi dəmir yolu sərnişinlər üçün əlavə imkan yaratsa da, onun hərəkət intervalını metro ilə müqayisə etmək mümkün deyil.
Ekspertin fikrincə, vəziyyətin dəyişməsi üçün 2030-cu ilə qədər metro şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, tramvay sisteminin də yaradılması vacibdir:
“2030-cu ilə qədər yeni metro stansiyaları ilə yanaşı, tramvay sisteminin də istifadəyə verilməsi vacibdir. O zaman yük yalnız iki nəqliyyat növünün üzərində qalmayacaq”.
Anar Əliyev həmçinin digər iri şəhərlərin nəqliyyat sistemlərində istifadə olunan müxtəlif ictimai nəqliyyat növlərinin müqayisəsinin də faydalı ola biləcəyini bildirib.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO













