Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO

Bakı və Abşeron yarımadasında ictimai nəqliyyatın inkişafı çərçivəsində gələcək tramvay şəbəkəsinin marşrutları müəyyənləşdirilib.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, hazırlanan perspektiv plana əsasən, yeni relsli nəqliyyat xətləri "Sea Breeze", Mehdiabad, Binəqədi, Bayıl və Həzi Aslanov istiqamətlərini paytaxtın əsas nəqliyyat qovşaqları olan "28 May" və "8 Noyabr" metro stansiyaları ilə əlaqələndirəcək.
Layihənin reallaşdırılması Bakı və Abşeron arasında sərnişindaşımanın daha rahat təşkilinə, xüsusilə sürətlə böyüyən yaşayış ərazilərinin şəhər mərkəzi ilə əlaqəsinin yaxşılaşdırılmasına imkan verə bilər.
Yeni tramvay xətlərinin paytaxtda avtomobil yükünün və tıxacların azalmasına da töhfə verməsi gözlənilir. Metro ilə inteqrasiya olunacaq marşrutlar sərnişinlərin bir nəqliyyat növündən digərinə daha rahat keçidini təmin edəcək.
![]()
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə perspektiv tramvay şəbəkəsi üzrə beş əsas istiqamət müəyyənləşdirilib:
"İlkin mərhələdə həmin istiqamətlərdən birinin - Məhəmmədli-Binəqədi-28 May marşrutu üzrə tramvay xəttinin yaradılması nəzərdə tutulur. Bildirilir ki, ilk tramvay xəttinin 2030-cu ilədək dövlət proqramı çərçivəsində istifadəyə verilməsi planlaşdırılır.
Yeni tramvay xətti şəhərin mövcud ictimai nəqliyyat sisteminə mühüm alternativ yaradacaq. Yüngül relsli nəqliyyatın tətbiqi Bakıdakı metro və dəmir yolu şəbəkəsini tamamlayaraq sərnişin mobilliyinin daha dayanıqlı təşkilinə imkan verəcək.
Xüsusilə metro və dəmir yolu ilə birbaşa əlaqənin olmadığı ərazilərdə tramvay xətlərinin yaradılması nəqliyyat şəbəkəsinin əhatə dairəsini genişləndirə bilər. Bu sistemdə avtobusların da tramvay, metro və dəmir yolu stansiyalarına sərnişin daşınmasını təmin edən əlaqələndirici - "qidalandırıcı" nəqliyyat funksiyasını yerinə yetirməsi nəzərdə tutulur".
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












