Banner

Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF

Gündəm 20 Oktyabr 2026 11:00
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
WhatsApp kanalımıza abunə olun

Bakının Bakıxanov qəsəbəsi əlverişli nəqliyyat imkanları və şəhər mərkəzinə yaxınlığı ilə paytaxtın yeni alt mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Ərazidə dəmiryolu, avtobus və gələcəkdə metro nəqliyyatının inteqrasiyası iş mərkəzlərinin, biznes obyektlərinin və xidmət sahələrinin inkişafına təkan verə bilər.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşüb.

Ekspertin sözlərinə görə, 1926-cı ildə istifadəyə verilən və 2019-cu ildə yenidən qurulan Bakıxanov dəmiryol dayanacağı bu gün də böyük inkişaf potensialına malikdir. Qəsəbə şəhər mərkəzindən qatarla cəmi 12 dəqiqəlik məsafədə yerləşir. Ərazidən 19 marşrut avtobusu keçir, dayanacaq isə hava limanına yaxınlığı ilə də seçilir.

Bundan başqa, gələcəkdə Bakı dairəvi metro xətti üzrə stansiyanın burada nəzərdə tutulması, eləcə də dövlət proqramında planlaşdırılan yeni dəmiryolu layihələri Bakıxanovun nəqliyyat əhəmiyyətini daha da artıra bilər.

Rauf Ağamirzəyev hesab edir ki, bütün bu imkanlara baxmayaraq, ərazidə nəqliyyat potensialına uyğun iş mərkəzinin formalaşmaması diqqət çəkən məsələlərdəndir.

Dəmiryolu, avtobus və gələcək metro bağlantılarının vahid sistemdə inteqrasiyası Bakıxanovda müasir nəqliyyat qovşağının yaradılmasına şərait yarada bilər. Belə bir qovşağın ətrafında ofislərin, xidmət obyektlərinin və biznes mərkəzlərinin inkişafı isə qəsəbənin iqtisadi fəallığını artıra bilər.

Bu yanaşma sakinlərin işləmək üçün hər gün şəhər mərkəzinə üz tutmaq ehtiyacını azalda, paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün yüngülləşməsinə kömək edə bilər. Eyni zamanda, insanların yaşadıqları əraziyə yaxın iş imkanlarına çıxışı genişlənər.

Beləliklə, Bakıxanovun inkişafı yalnız nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə məhdudlaşmamalı, ərazidə yeni iş yerlərinin və biznes imkanlarının yaradılmasını da əhatə etməlidir. Mövcud infrastrukturdan düzgün istifadə olunarsa, qəsəbə Bakının mühüm alt mərkəzlərindən birinə çevrilə bilər.

Eltac Züflüqaroğlu

FOTO QALEREYA
Oxunub : 208
ŞƏRH YAZ
Ad

E-mail

Şərh