Bakıxanovda “qiyamət çuxurları”: Yol sürücülərə maddi ziyan vurur - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yol istifadəyə yararsız vəziyyətdədir.
Kadrlardan görünür ki, yolda dərin çuxurlar var və nəticədə ərazidən keçən avtomobillərə ciddi maddi ziyan dəyir.
Şikayətçinin sözlərinə görə, bir neçə il əvvəl sözügedən yolda asfalt çəkilişi məqsədilə qazıntı işləri aparılıb, bordürlər qoyulub. Lakin heç bir təmir işi görülməyib və yol artıq bir ildən çoxdur bu vəziyyətdə qalır.
O, xüsusilə ağır tonajlı və ictimai nəqliyyat vasitələrinin yolun vəziyyətini daha da pisləşdirdiyi bildirilib.
Şikayətçi aidiyyəti qurumun ərazidə kanalizasiya xətləri olmadığını əsas gətirərək asfalt çəkmədiklərini qeyd edib. Sakin çuxurları qum və palçıqla dolduraraq yoldakı vəziyyəti müvəqqəti yaxşılaşdırmağa çalışdıqlarını əlavə edib. O bildirib ki, yolda yaranmış çökəkliklər o qədər dərindir ki, “qiyamət çuxurları” adlandırıla bilər.
Yolun pis vəziyyəti səbəbindən avtobusların əksəriyyəti alternativ olaraq məhəllə yollarından istifadə edir. Bu da həmin yolların getdikcə sıradan çıxmasına gətirib çıxarır.
Nərmin
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












