Bakıya Sovet dövründə əkilən qovaq ağacları çıxarılıb yerinə başqa fidanlar əkilməlidir – EKOLOQ - VİDEO

Bu gün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən son iki gündə paytaxt ərazisində aşan ağaclarla bağlı məlumat yayıldı. Məlumatda qeyd olundu ki, Bakıda davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağacın sınması, 40 ağacın budaqlarının qırılması qeydə alınıb.
Avtosfer.az-ın araşdırmalarına əsasən, paytaxt ərazisində aşan ağacların əksəriyyəti qovaqdır. Bu ağacdan şəhər sakinlərinin əksəriyyətinin xoşu gəlmir. Yay aylarında qovaq ağacından tökülən liflər səkilərin kənarlarına toplaşır, külək qalxanda havada uçuşur deyə bir çox insanın bu liflərə allergiyası yaranır. Digər tərəfdən qovaq ağaclarının kökləri çox da dərinə getmir və bir çox hallarda 40-50 yaşında ağaclar sərt küləkdə aşmağa başlayır. Elə bu gün yayılan videolarda da maşınların üstünə, obyektlərin talvarlarına aşan ağaclar məhz quruyub aşan qovaq ağaclarıdır.
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a müsahibəsində bildirdi ki, Bakıdakı qovaq ağacları Sovet dönəmində sadəcə kölgə versin deyə əkilib:

“Bakı küləklər şəhəri olduğuna görə buradakı qocalan, çürüyən ağaclar tədricən dəyişməli, yerinə yeni fidanlar əkilməlidir. Təəssüf ki, mən şahid olmuşam ki, quruyan, qocalan ağacları deyil, gənc çinar ağaclarını da kəsiblər. Amma hazırda ölkədəki qovaq ağacları kəsilməlidir. Bu səbəbdən yeni tarix yaratmağa, yeni səhifə açmağa gərək yoxdur. Hər il yaz və payız aylarında yoxlamalar aparılmalı, quruyan ağaclar kəsilməlidir.”
Ekspertin fikrincə, Azərbaycanda hazırda yerli idarəetmə strukturu çox zəifdi. Bu səbəbdən də Bakıda soyuq havalarda həm şəhər həyatı sönür, həm də nəqliyyatın hərəkəti mümkünsüzləşir:
“Bu icra hakimiyyətləri işlək struktur deyil, ölü doğulublar. Sovetdən, Rusiyadan götürülmə bir iş sistemidir, ölü doğulan uşaq kimidir. Yalnız korrupsiya ilə məşğuldurlar. Xüsusən meqapolis olan Bakı şəhərinin icra hakimiyyətlərinin sayəsində istər ekosistemi, istər tikinti sektoru, hər şeyi məhv olub”.
Qorxmaz İbrahimli sonda onu da qeyd edib ki, icra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti nəticəsində bu gün əhali müxtəlif xəstəliklər tapır, aqressiya artır və son nəticədə bir çox elə gənc yaşdaca ölür.
Səfər
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












