Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas

“Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir. İctimai nəqliyyatın ən gözəl növlərindən biri də tramvaydır. Həm ekoloji cəhətdən sərfəlidir, elektrik enerjisi ilə işləyir, havanı çirkləndirmir, həm də iri tutumlu olur. Yaxşı şəbəkəsi olarsa, tramvaylar sərnişindaşımada böyük rol oynayır”.
Bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, xaricdə böyük şəhərlərdə cəmi iki zolaqdan ibarət olan küçədə də tramvay xətti çəkiblər. Hətta yol hərəkəti qaydalarını da uyğunlaşdırıblar:
«Avropada sərnişindaşımada tramvay və trolleybusların tətbiqi geniş vüsət alıb. Burada ilk növbədə tıxacların aradan qaldırılması və insanların tez və vaxtında iş yerlərinə çatdırılması məsələsi dayanır. İkinci növbədə isə şəhərin ümumilikdə ekoloji tarazlığının pozulması ilə bağlı narahatçılıqların aradan qaldırılması məsələsi var. Tramvaylar üçün xəttlər çəkilməli, infrastruktur qurulmalıdır, işçi personalı olmalıdır və s. Bu kimi problemləri həll edə bilsək, yəqin ki, əfsanəvi tramvaylar geri dönə bilər. Düşünürəm ki, şəhərin yeni küçələrində tramvay xəttini çəkmək çox yaxşı olar”./525.az
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












