Balakəndə dələduz saxlanılıb - FOTO
Balakəndə özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, rayonun Talalar kənd sakinləri S. və Ə.Qarayevlər rayon Polis Şöbəsinə gələrək, bir neçə gün öncə özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim edən naməlum şəxsin dələduzluq etməklə, onlara maddi ziyan vurduğunu bildiriblər. Dərhal Balakən Rayon Polis Şöbəsində əməliyyat qurupu yaradılıb və əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Araşdırma zamanı məlum olub ki, vətəndaşlara qarşı dələduzluq edən şəxs Bakı şəhər sakini Şakir Rəhimovdur. O, "isti izlər"lə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şakir Rəhimov törətdiyi cinayət əməlini etiraf edərək, özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim etdiyini, vətəndaşlara ümumilikdə 465 manat və 1200 ABŞ dolları ziyan vurduğunu etiraf edib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi açılıb. Saxlanılan Şakir Rəhimovun başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












