Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb - FOTO

Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Gərəkli kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 900 ədəd çətənə bitkisi aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Gərəkli kənd sakinləri - Eşqin və Dibirov Motuxov qardaşları, Anar Umarov, Oqtay Gülüyev, Araz Quliyev, Rasim Xəlilov, həmçinin Balakən şəhər sakini Natiq Dibirov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər ifadələrində əvvəlcədən bir qrup şəxs halında birləşərək meşəlik ərazidə narkotik tərkibli bitkiləri yetişdirib, daha sonra qazanc əldə etmək məqsədilə satmaq istədiklərini bildiriblər.
Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Namiq
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO




















