Balakəndə ölümə səbəb olan sürücünün məhkəməsi başlayır

Balakəndə bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azər Qandayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.
Hakim Hümbət Səlimovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında Balakən-Qazma avtomobil yolunda baş verib. Bedağar kənd sakini, 1985-ci il təvəllüdlü Azər Əlihacı oğlu Qandayevin idarə etdiyi minik avtomobili Qazma kənd sakini Yusif Hacıyevin idarə etdiyi minik avtomobili ilə toqquşub.
Qəza zamanı A.Qandayev, digər sürücü Yusif Hacıyevin anası, 1964-cü il təvəllüdlü Əmanət Qurban qızı Hacıyeva, gəlinləri, 1993-cü il təvəllüdlü Türkanə Sultan qızı Hacıyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Ə.Hacıyeva əməliyyat edildikdən bir qədər sonra xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.
A.Qandayevə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












