Bank işçisini avtomobillə vurub öldürən yeniyetməyə hökm oxunub

Bakıda ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Q. Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində baş verib. Həmin ərazidə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub. Yaralı yerləşdirildiyi xəstəxanada ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o, saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.
Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən Ləman Süleymanlı "AzərTürkBank"da mühasib – şöbə müdiri vəzifəsində çalışıb.
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq








