Bank işçisini maşınla vurub öldürən yeniyetmə apellyasiya şikayəti verib

Bakı Apellyasiya Məhkəməsində qadının ölümünə səbəb olmaqda təqsirli bilinən Qurbanəli Qurbanovun barəsindəki hökmdən verilən apellyasiya şikayətləri üzrə ilkin baxış iclası keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası noyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, Q.Qurbanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Hadisə ötən il dekabrın 21-i saat 19 radələrində Xətai rayonu Nobel prospektində baş verib. Q.Qurbanov idarə etdiyi “Nissan” markalı avtomobillə Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlını vurub.
Hadisə yerindən qaçan Q.Qurbanov saxlanılan zaman məlum olub ki, onun 16 yaşı var və sürücülük vəsiqəsi yoxdur.
Ona Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.
Dünyasını dəyişən Ləman Süleymanlı "Azər-Türk Bank"da mühasib - şöbə müdiri vəzifəsində çalışıb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












