Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ

Nağdsız ödənişlərin genişlənməsi bank kartlarından istifadəni artırsa da, bu sahədə dələduzluq halları və vətəndaşların maliyyə vəsaitlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları da gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, kart məlumatlarının oğurlanması, hesabdan icazəsiz pul çıxarılması və kiberdələduzluq hallarının qarşısının alınması, eləcə də belə vəziyyətlərdə bankların məsuliyyəti və zərərçəkən vətəndaşların pullarını geri qaytarmaq imkanları aktual müzakirə mövzusudur.
Bəs vətəndaşlar öz vəsaitlərini qorumaq üçün hansı tədbirləri görməli, dələduzluqla üzləşdikdə hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı İT( İnformasiya texnelogiyaları) üzrə mütəxəssis Fərid Kazımov Avtosfer.az-a açıqlamasında bildirib ki, bankaların da bu istiqamətdə müəyyən öhdəlikləri var:
"Azərbaycanda ödəniş sistemləri ilə bağlı qanunvericilik mövcuddur və bankların məsuliyyəti həmin qanunvericiliklə tənzimlənir. Lakin bir çox hallarda vətəndaşların özləri də ehtiyatsız davranaraq kart məlumatlarının başqalarının əlinə keçməsinə şərait yaradırlar. Buna görə də bank kartları ilə bağlı SMS və mobil tətbiq bildirişləri aktiv olmalı, hesabdan xəbərsiz pul çıxarıldığı zaman dərhal banka müraciət edilməlidir. Zərurət yarandıqda hüquq-mühafizə orqanlarına da məlumat verilməlidir. Banklar təhlükəsizlik xidmətlərini prosesə cəlb etməklə bəzi hallarda vəsaitin geri qaytarılmasına və ya oğurlanmış pulun köçürülməsinin qarşısının alınmasına kömək edə bilərlər. Bunun üçün bankla müştəri arasında operativ əlaqə və əməkdaşlıq vacibdir. Vətəndaşlar ilk növbədə şəxsi və bank məlumatlarını qorumalı, kartın şəklini, şifrələri və təsdiq kodlarını başqalarına göndərməməlidirlər. Xüsusilə internetdən alış-veriş zamanı diqqətli olmaq, tanımadıqları şəxslərə etibar etməmək və kiberdələduzluğun yeni üsulları barədə məlumatlı olmaq lazımdır. Bank kartlarına qoşulan telefon nömrələrinin şəxsin öz adına olması, iki mərhələli autentifikasiya və biometrik təsdiq kimi təhlükəsizlik vasitələrindən istifadə də mühüm əhəmiyyət daşıyır. Gündəlik alış-veriş üçün ayrıca kartdan istifadə etmək, həmin kartda yalnız lazım olan məbləği saxlamaq məqsədəuyğundur. Beləliklə, kart məlumatları ələ keçirildiyi halda mümkün maliyyə itkisinin həcmini azaltmaq olar".
Fatimə
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK












