Bank məlumatlarınız ələ keçirilə bilər - "WhatsApp" istifadəçilərinə xəbərdarlıq

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp"da təhlükəli parametr milyonlarla istifadəçinin şəxsi məlumatlarını və bank hesablarını risk altına salır. Avtosfer.az "milli.az"a istinadən xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssislərinin açıqlamasına görə, istifadəçilərin əksəriyyəti bilmədən "avtomatik yükləmə" funksiyasını aktiv saxlayır. Bu funksiya foto və videoların avtomatik yüklənməsini təmin etsə də, eyni zamanda zərərli faylların və virusların cihazınıza səssizcə daxil olmasına şərait yaradır. Mütəxəssislər xəbərdarlıq edir ki, PDF və ya şəkil formatında olan fayllar belə gizli viruslar daşıya bilər. Bu fayllar vasitəsilə hakerlər şəxsi şəkillərinizə, sənədlərinizə və bank məlumatlarınıza daxil ola bilər, söhbətlərinizi izləyə və kontaktlarınıza spam mesajlar göndərə bilərlər.
Necə qorunmaq olar?
Dubayda yerləşən Leravi.org təhlükəsizlik platforması bildirir ki, avtomatik yükləməni söndürmək ən effektiv qorunma üsuludur. Bundan sonra fayllar yalnız sizin təsdiqinizlə endiriləcək və bu, şəxsi məlumatlarınızı qorumağa kömək edəcək.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












