Barselonada 90-dan çox aviareys ləğv edildi

İspaniyanın "Vueling" aviaşirkəti avqustun 30 və 31-də "İberia" aviaşirkətinin yerüstü işçilərinin Barselonada tətil etməsi səbəbindən ən azı 92 uçuşu təxirə salıb.
Avtosfer.Az Trend-ə istinadən bildirir ki, "Vueling" cümə günü 54, şənbə günü isə 38 reysi ləğv etmək qərarına gəlib. Şirkət tətilin təxminən 14 min sərnişinə təsir edəcəyini təxmin edir.
"İberia"nın yerüstü işçilərinin sayı təxminən 2,5 min nəfərdir.
Qeyd edək ki, "İberia" işçilərinin bundan əvvəlki tətili 24 və 25 avqustda baş verib. Nəticədə 100-dən çox reys ləğv edilib. Şirkət işçiləri daha yaxşı iş şəraiti tələb edirlər.
Barselona Beynəlxalq Hava Limanı, Madrid Hava Limanından sonra İspaniyanın ikinci böyük hava limanıdır. Bu liman 2018-ci ildə öz tarixində rekord sayda sərnişin qəbul edib.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










