Baş nazir PUA-ların istismarı qaydalarını hazırlamaq barədə tapşırıq verib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mülki pilotsuz uçan aparat (PUA) sistemlərinin istismarına dair qaydaların layihəsini hazırlayacaq. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Baş Nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaların layihəsini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 iyun 2019-cu il tarixli fərmanına əsasən, Nazirlər Kabineti 3 ay müddətində mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaları Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











