BBAK-da İİV-in erkən aşkarlanması məqsədilə müayinələr aparılıb – FOTOLAR - VİDEO

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Avropa İİV-ə Testləşmə həftəsi - 2025" çərçivəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-ə qarşı maarifləndirmə və müayinə aksiyası keçirib. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Avtosfer.az-a verilən məlumata görə, təcrübəli həkimlər tərəfindən avtovağzal əməkdaşları və vətəndaşlara sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə məlumat verilib. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu xüsusi vurğulanıb. Bildirilib ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır. Bu xəstəliyə və virusa qarşı vaksinin olmadığı barədə məlumatlar verilib. Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb. Həmçinin Avtovağzal Kompleksinin əməkdaşlarına, sərnişinlərə İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO



















