Banner

Belə tədbirlər maraqla qarşılanır

Gündəm 7 Noyabr 2019 15:20 Oxunub 2165
Belə tədbirlər maraqla qarşılanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırılıb

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Göygöl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Quşqara kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında tədbir keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
​RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, hər bir gəncin, yeniyetmənin sağlam həyat tərzinə alışması, savadlı, yetkin şəxsiyyət kimi, vətənpərvər ruhda yetişməsi, informasiya texnologiyalarını mükəmməl öyrənməsi, eyni zamanda milli-mənəvi dəyərlərimizə sadiq olması həm də hər birimizin vətəndaşlıq borcumuzdur. Axı ölkəmizin gələcəyi bugünkü gənclərimizdən asılı olacaq .
RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Razim Yadigarlı narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq bildirib ki, narkomanlıq cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur. Bu bəlaya düçar olan insanların sağlam həyata qayıtması isə artıq çətin olur.  
​Erkən nigahın fəsadlarından söz açan şöbənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Vüqar Məmmədov bildirib ki, gənc qızlar ailənin nə demək olduğunu dərk etsələr də, onlar erkən yaşda ərə getmək haqqında yox, mükəmməl təhsil almaq, hər hansı sahənin bacarıqlı mütəxəssisi kimi yetişmələri, geniş dünyagörüşünə malik olmalarının qayğısına qalmalıdırlar. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı valideynlər tərəfindən uşağa qarşı törədilən zorakılıq olmaqla, həm də övladının gələcəyi üçün təhlükə olduğunu, bunu edən valideynlərə qarşı qanunvericilikdə cəzaların nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Daha sonra dini radikalizmin fəsadlarından söz açan Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Elçin Məmmədov radikalizmin fəsadları və qarşısının alınması yollarından, eləcə də islam dininin düzgün səpkidə gənclərə çatdırılmasının vacibliyindən bəhs edib. O, cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
​RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, polis kapitanı Azər Şabanov belə tədbirlərin keçirilməsində məqsədin gələcəkdə uşaqların yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəmələri, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışların formalaşdırılmasından ibarət olduğunu bildirib. O, eyni zamanda həm müəllimlər həm də valideynlər arasında maarifləndirici tədbirlərin təşkilinin uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdən olduğunu vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh