Benzin sərfiyyatına görə əlavə vergi? - Prezidentin fərmanının düzgün oxunuşu necə olmalıdır...

Prezident İlham Əliyev avtomobil nəqliyyatında sərnişin daşınmasının təkmilləşdirilməsi məqsədilə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması barədə fərman imzalayıb.
Fond avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi (2026-cı il yanvarın 1-dən) və Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olma haqqı (2027-ci il yanvarın 1-dən) hesabına formalaşacaq.
Qeyd edək ki, fərmanın imzalanmasından sonra sosial şəbəkələrdə gələn il yanvarın 1-dən avtomobil yanacağına görə yol vergisi tələb olunacağına dair müzakirələr aparılır. Vətəndaşlar doğrudan da benzin sərfiyyatına görə əlavə vergi ödəyəcəklər?
Eldəniz Cəfərov: “Bu fərmandan ən çox qazanan vətəndaşlar olacaq, çünki sərnişinlər daha rahat, təhlükəsiz və vaxtında mənzil başına çata biləcək”
Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, paytaxt ərazisində hərəkət edən nəqliyyat vasitələrinin sıxlığı həm ekoloji, həm də iqtisadi problemlərə səbəb olur: "Atmosferə buraxılan zərərli qazların, o cümlədən CO₂ emissiyalarının həcmi də artır. Nəliyyat sıxlığı artdıqca qəzaların sayı da artır. Bu isə həm vətəndaşlara, həm də dövlətə maddi və mənəvi zərər vurur. Buna görə yeni belə qərar qəbul edilib. Onu da deyim ki, xarici ölkələrdə bu təcrübədən istifadə edilir. Fondun yaradılmasında məqsəd mərkəzi küçələrə avtomobil axınının qarşısını almaq və tıxacları azaltmaqdır. Ödənişin məbləği və üsulları da fərqli ola bilər. Məsələn, ödəniş mobil tətbiq vasitəsilə, terminallar və ya digər ödəmə kanalları vasitəsilə baş tuta bilər. Sürücü ödəniş etməzsə, kameralar vasitəsilə avtomobilin dövlət nömrə nişanı qeydə alınacaq və sürücü cərimələnəcək. Ümumiyyətlə, bu mexanizmdən əldə olunacaq vəsait yeni yaradılacaq İctimai Nəqliyyat Fonduna köçürüləcək”.
Həmsöhbətimiz hesab edir ki, yeni qanun layihəsindən ən çox qazanan vətəndaşlar olacaq. Çünki sərnişinlər daha rahat, təhlükəsiz və vaxtında mənzil başına çata biləcək.(bakixeber)
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO












