Benzinlə bağlı narazılıq artır: Ciddi monitorinq aparılmalıdır - AKTUAL

“Yanacaqdoldurma məntəqələrində satılan benzinlə bağlı ciddi monitorinq aparılmalı və onların tərkibi yoxlanılmalıdır”. Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
İqtisadçı bildirib ki, 20 ildən çoxdur avtomobil idarə edən şəxs kimi yanacaqla bağlı problemlərlə dəfələrlə üzləşib:
“Müşahidələrim deməyə əsas verir ki, benzinin keyfiyyətində və qət edilən məsafədə çox ciddi fərqlər meydana gəlib. Məhz bu cür keyfiyyətsiz benzinlərə görə avtobobilin gedişində, mühərrikin gücündə və səsində ciddi problemlər ortaya çıxır. Ona görə də mütəxəssislər əhaliyə satılan benzinin tərkibini mütləq araşdırmalıdır. Xüsusən, Azərbaycan kimi ölkədə belə bir vəziyyətlə üzləşmək bizə ikiqat ayıbdır. Çünki Azərbaycan neft ölkəsidir. İndiyə qədər ölkəmizdə çoxlu sayda neftayırma zavodları olmalı idi. Biz hələ də "Premium" markalı nefti xaricdən alırıq. Üstəlik, Avro-4 və Avro-5 standartlarına uyğun benzin istehsal edə bilmirik. Bu da ayrı biabırçılıqdır. Halbuki, neft ölkəsi olan Azərbaycanda benzinin keyfiyyət göstəriciləri çox yüksək olmalıdır”.

Natiq Cəfərli: "Benzinin keyfiyyətində və qət edilən məsafədə çox ciddi fərqlər meydana gəlib"
N.Cəfərlinin sözlərinə görə, benzin sahəsində mövcud problemləri həll etmək üçün Azərbaycanın həm müasir potensialı, həm də tarixi praktikası var:
“Vaxtilə dünyanın ilk neftayırma zavodları məhz Bakıda fəaliyyətə başlayıb. Belə bir təcrübəsi və tarixi keçmişi olan ölkədə sürücülər benzindən şikayət etməməlidir. O cümlədən benzin ixracatı xam neft ixracatından daha çox gəlir gətirməlidir. Benzin daha gəlirli sahə olduğu üçün Azərbaycanla bununla bağlı ciddi iş aparılmalı idi. Yəni keyfiyyətli benzin istehsal edən müəssisələr yaradılmalı idi. Xam neftdənsə, benzin ixracatı sayəsində ölkəyə ən azı iki-üç qat gəlir gətirmək mümkündür”.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












