Bərbad vəziyyətdə olan avtobusda sərnişin daşınır - VİDEO

Bakıda bərbad vəziyyətdə olan avtobusla sərnişin daşınır. Avtosfer.az xəbər verir ki, bununla bağlı ''Xəzər Xəbər''in votsap nömrəsinə görüntü göndərilib. Görüntüdən aydın olur ki, avtobusun içərisi natəmiz vəziyyətdədir. Avtobusun oturacaqları isə qırılmış və çıxmış haldadır. Kadları avtobusda əyləşən sərnişinlərdən biri Sabunçu, Dəmir Yolu Vağzalından Günəşli qəsəbəsinə sərnişin daşıyan 55 saylı avtobusda çəkib. Çəkiliş apardığımız zaman isə məlum oldu ki, həmin xətdə olan bir neçə avtobusların da vəziyyəti ürəkaçan deyil. Nəqliyyat vasitələrinin içərisi çirkli, oturacaqları isə sınıq vəziyyətdədir. Xəttin dispetçer köməkçisi avtobusların bu vəziyyətə düşməsinin əsas səbəbkarlarının sərnişinlər olduğunu dedi. Məsələ ilə bağlı Bakı Nəqliyyyat Agentliyindən bildirildi ki, həmin məsələ ilə bağlı araşdırma aparılacaq. Daşıyıcı şirkətin nümayəndəsi quruma çağırılacaq və laziıi tədbirlər görüləcək. Agentlikdən o da bildirildi ki, avtobus parkının yenilənməsi məqsədi ilə yaxın vaxtlarda Bakıya 200 sərnişin avtobusu gətiriləcək. Bundan sonra istismar müddəti bitən avtobuslar xətdən çıxarılacaq və sərnişinlər tərəfindən mütəmadi şikayətlər daxil olan daşıyıcı şirkətlərlə bağlanan müqavilələrə xitam veriləcək.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











