Bərdədə 5000 manatlıq mal-qara oğurlanıb

Bərdə rayonunda 5000 manatlıq mal-qara oğurlayan keçmiş məhkumlar saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sentyabr ayının 29-da Bərdə rayon sakini M.Məmiyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus iribuynuzlu heyvanının oğurlandığını bildirib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakinləri, əvvəllər məhkum edilmişlər Rafiq Xəlilov və Nüsrət Hüseynov saxlanılıblar.
Onların, ümumilikdə, vətəndaşlara 5000 manat dəyərində ziyan vurduğu məlum olub.
Belə ki, R.Xəlilovun və N.Hüseynovun ətrafında davam etdirilən araşdırmalarla 15 sentyabrdan 1 oktyabradək olan müddət ərzində Ağdaş rayonu ərazisində 16 baş xırda buynuzlu və 3 baş iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.
Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Namiq
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










