Bərdədə piyadanı vurub qaçan sərxoş sürücü saxlanıldı

Yol-nəqliyyat hadisəsi törətmiş Bərdə rayon sakini İ.Nəsibov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 17-də saat 23 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində naməlum sürücü idarə etdiyi “Hovo” markalı avtomobillə yolun kənarında dayanmış Qaraməmmədli kənd sakini R.Quliyevi vuraraq hadisə yerini tərk edib.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13-cü tağımının əməkdaşları tərəfindən qeyd edilən avtomobil Otuzikilər kəndinin ərazisində saxlanılıb. Araşdırmalarla sürücünün Bərdə rayon sakini İ.Nəsibov olması, habelə onun sərxoş halda və sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyən edilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











