Beş marketdən seyf oğurlayan şəxslər saxlanılıblar - FOTO

Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində marketlərdən silsilə oğurluqlar edən şəxslər tutulublar.
Məlumata görə, şəhər sakinləri Elnur Bağırov və Emin Nəzərov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların müxtəlif vaxtlarda Sumqayıt şəhərində xüsusi texniki vasitələrlə qorunmayan 5 marketdən içərisində pul olan seyflər oğurladığı məlum olub. Dəstə üzvləri mağazalara daxil olan zaman sonradan ifşa olunmamaları üçün obyektlərin daxilində olan müşahidə kameralarının yaddaş bloklarını da özləri ilə götürüblər.

Emin Nəzərov və Elnur Bağırov seyflərdən bir neçəsini marketlərin içində açsalar da, digərlərini özləri ilə aparıblar. Onlar seyfləri açandan sonra izi itirmək məqsədi ilə Sumqayıt şəhərindəki su hövzələrindən birinə atıblar.
Qeyd edək ki, dəstə üzvü olan Elnur Bağırov həmin mağazalar şəbəkəsində əvvəllər kassir işlədiyi üçün oğurluq etmək təklifi də ondan gəlib.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












