Beynəlxalq Bank müştəriləri vəsaiti nağdlaşdırmağa məcbur edir

Azərbaycanda hökumət nağdsız ödənişlərin təşviqi ilə bağlı son illərdə çox ciddi islahatlar aparıb. Obyektivlik naminə deyək ki, bu məsələdə böyük irəliləyiş də əldə edilib. Hətta uzaq kənd yerlərində də sakinlər, xüsusən gənclər nağdsız ödənişlərdən geniş istifadə edirlər.
Lakin bu siyasətdə, obrazlı desək, təkərə çomaq soxan da tapılır. Misal üçün Azərbaycan Beynəlxalq Bankının (ABB) təqdim etdiyi “Sahibkart”.
ABB-nin saytında göstərilir ki, kartın onlayn alınması pulsuz, bank filialından almaq isə ödənişlidir (15 manat). Mən də vergi ödəyicisi olaraq VÖEN-ə bağlı kart kimi “Sahibkart” əldə etmək istədikdə gördüm ki, bu kartı onlayn əldə etmək Qordi düyününü açmaqdan daha çətindir.
Bankın saytından sifariş verdikdə müəyyən mərhələyədək gəlmək mümkündür. Lakin son tamamlamanı həyata keçirmək mümkün deyil. Bir neçə cəhddən sonra bunun mümkün olmadığını gördükdə bankın filialına müraciət edərək 3 gün ərzində kartı aldım. Əslində onlayn alışın qeyri-mümkünlüyü təkcə 15 manatla bağlı deyil. Heç kəs düşünməsin ki, bank müştəridən 15 manat almaq üçün hansısa üsula əl atır. Əsl səbəbi bank filialında təsadüfən öyrənsəm də, yazmağı etik hesab etmirəm.
Bu, məsələnin hələ ilk hissəsidir. Ən maraqlı məqam bundan sonra başlayır. Kart vasitəsi ilə onlayn ödənişlər mümkün olsa da, kartdan karta pul köçürmək olmur. Beləcə, bank müştərini nağdsız ödənişin Azərbaycanda ən geniş yayılmış formalarından birindən məhrum edir. XXI əsrdə kartda bu funksiyanın olmaması nəyə xidmət edir?
Nəhayət, nağdlaşdırma məsələsi. Təbii ki, kartla ödənişlər nə qədər artsa da, nağd ödənişə tələbat aradan qalxmayıb. Kartla nağdlaşdırma mümkündür, lakin 2 faiz komissiya tutulmaq şərti ilə.
Beləliklə, “Sahibkart”dan istifadə edən şəxs bir tərəfdən nağdsız ödənişlərin bütün formalarından istifadə edə bilmir, vəsaiti nağdlaşdırdıqda isə 2 faiz komissiya haqqı ödəyir. Bəs komissiyanı saxlamaq şərti ilə kartdan kartda funksiyasını saxlamaq mümkün deyilmi? Hər halda yaşadığımız texnologiya əsrində bu suala mənfi cavab vermək gülünc olar.
Vüqar
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












