"Beynəlxalq əhəmiyyətli yolda işlədiyinizin fərqindəsinizmi?" - Ərşad Hüseynov

"Bakı-Sumqayıt yolunda yenə də boru basdırma işləri səbəbindən tıxacdır. Hər halda belə işlər də görülməlidir. Qoy görsünlər, işləri avand olsun." Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. Hüquqşünas hesab edir ki, bu düzgün deyil. "Bu gün diqqət etmişəm ki, orada 5-6 adam və 2-3 ədəd də texnika işləyir. Bu minvalla ən azı 1 ay oradan keçmək əzab olacaq. Qardaşlar, siz ölkəmizin ən yüklənmiş, beynəlxalq əhəmiyyətli yolunda işlədiyinizin fərqindəsinizmi? Camaat 1 aya 100 kilometr uzunluqda 6 zolaqlı avtomagistral tikir. Olmazmı ki, siz də texnikanızı və adamlarınızı ora töküb gecə-gündüz işləməklə bu işi 3-4 günə bitirəsiniz. Axı bu mümkündür. İnsanları da düşünmək lazımdır…
Belə işlərə icazə verməli dövlət orqanları (AAYDA, DYP) da gərək bu qaydada işlərə imkan verməsinlər."
Ərazidə yaşayan sakinlər isə bildirir ki, uzun illərdir minlərlə sakin su və kanalizasiya problemindən əziyyət çəkir. Yolun daralması və tıxac yaranması məsələsi olsa da digər tərəfdən bu sakinlərin xeyrinədir. Çünki bu proses gec-tez baş verməli idi. Yəqin ki, yaxın günlərdə əhali su və kanalizasiya sistemləri ilə təhciz olunacaq və yol da açılacaq.
Orxan
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












