Beynəlxalq Nəqliyyat Forumunun nümayəndələri ilə BNA-da görüş keçirilib - FOTO

Beynəlxalq Nəqliyyat Forumunun nümayəndələri ilə Bakı Nəqliyyat Agentliyinin inzibati binasında görüş keçirilib.
"İnkişaf etməkdə olan iqtisadiyyatlarda nəqliyyatın dekarbonizasiyası" adlı layihə çərçivəsində paytaxtımıza səfər edən Beynəlxalq Nəqliyyat Forumunun və Ətraf Mühit və Enerji üzrə “Wuppertal” İnstitunun nümayəndələri görüşdə iştirak ediblər. Müzakirələr zamanı Bakı şəhərində nəqliyyatın dekarbonizasiyası üzrə Bakı Nəqliyyat Agentliyi tərəfindən planlaşdırılan və atılan addımlar, piyada və mühərriksiz nəqliyyat vasitələri üçün infrastrukturun yaradılması və inkişaf etdirilməsi, Agentliyin qısa və uzunmüddətli strateji hədəfləri, ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinin nəticələri və gələcək planları, Agentliyin üzləşdiyi çətinliklər, dayanıqlı şəhər layihəsi kimi məsələlər müzakirə olunub.
Qonaqlar isə öz növbəsində “İnkişaf etməkdə olan iqtisadiyyatlarda nəqliyyatın dekarbonizasiyası” üzrə layihə sənədini daha yaxından tanış olmaq üçün Agentliyin əməkdaşlarına təqdim edəcəyini bildirib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi “Azərbaycanda nəqliyyatın dekarbonizasiyası” layihəsinin məqsədləri və planlaşdırılan tədbirlər barədə müvafiq tərəflərin məlumatlandırılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən rəsmi açılışda təmsil olunub. Agentliyin həyata keçirdiyi və planladığı işlərlə bağlı iştirakçılara maraqlı təqdimat nümayiş etdirilib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO















