Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli intensivdir. Bəzi dağlıq ərazilərə isə qar yağır.
Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qar örtüyünün hündürlüyü Şahdağda 29, Qrızda 27, Xınalıqda 25, Sarıbaşda (Qax) 23, Əlibəydə (Zaqatala) 22, Qusarda (Laza) 20, Kişçayda (Şəki) 17, Gədəbəydə 11, Daşkəsəndə 10, Xaltanda 8, Kəlbəcərdə 7, Laçın, Qubadlı, Altıağacda 4, Şuşa, Şahbuzda 2, Lerik və Göygöldə 1 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 21 (aylıq normanın 72%-i), Maştağada 15, Binədə 9, Pirallahıda 7, Sumqayıtda 3 mm-dir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Astarada 41, Oğuzda 40, Şəkidə 30, İsmayıllı, Yardımlıda 29, Lənkəranda 26, Qəbələdə 24, Göyçayda 22, İmişlidə 20, Balakəndə 19, Beyləqan, Cəfərxanda 17, Qubada 16, Ağdam, Tərtər, Sabirabadda 15, Kürdəmirdə 14, Cəlilabad, Bərdə, Ordubadda 13, Zərdab, Şamaxıda 12, Ağsu, Mingəçevir, Qobustanda 11, Biləsuvar, Naftalan, Goranboy, Şərur, Naxçıvanda 9, Yevlaxda 8, Sədərəkdə 7, Xaçmaz, Şabranda 5, Neftçala, Şəmkir, Culfada 4, Gəncədə 3, Cəbrayılda 1 mm-dək qeydə alınıb.
Xankəndinə sulu qar, Xocalı və Füzulidə isə yağış yağıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala, Tovuzda 20, Mingəçevir, Şabran, Naftalanda 18, Naxçıvanda 16 m/s-dək güclənir.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












