Bəzi qadınlar sadəcə uşaq sahibi olmaq üçün evlənir –HÜQUQŞÜNAS BOŞANMALARIN SƏBƏBLƏRİNİ AÇIQLADI

2024-cü ilin yanvar-sentyabr aylarında 36 min 651 rəsmi nikah və 15 min 964 boşanma qeydə alınıb. Bu statistika 2022-ci ilin bütöv statistikasından da yüksəkdir.
Avtosfer.az xəbər verir ki, qeyri-rəsmi məlumatlara əsasən, ötən ilin bütöv statistikası 2023-cü illə bağlı açıqlanan rəqəmlərə xeyli yaxındır.
Mövzu ilə bağlı vəkil İradə Cavadova saytımıza açıqlamasında bildirib ki, təəssüf ki, son zamanlar həm rəsmi, həm də qeyri-rəsmi boşanmaların sayı artıb:

“Boşanmalar nəticəsində uşaqlar valideynlərindən birindən məhrum qalır. Digər tərəfdən, boşandıqdan sonra uşaqlarla görüşmək məsələsi gündəmə gəlir və uşaq kimdə qalırsa, digər valideyn onunla görüşmək üçün çətinlik çəkir.
Boşanmaların artma səbəbini sevgi üzərində qurulmayan ailələrdə görürəm. Təsadüf nəticəsində ailə qururlar. Sosial şəbəkədə tanış olub ailə qururlar, sonradan isə məlum olur ki, onların xasiyyətləri bir-birinə uyğun gəlmir. Əsasən sevgi və hörmət üzərində qurulmayan ailələr bir müddət sonra dözümsüzlük göstərir. İqtisadi məsələləri çox vurğulamaq istəmirəm. Çox vaxt evlilik zamanı hər kəs bir-birinin iqtisadi vəziyyətini bilir. Burada ən əsas olan sevgi və hörmətdir”.
Vəkil əlavə olaraq bildirib ki, çox vaxt sosial şəbəkəyə həddindən artıq maraq boşanmanın səbəbi olur:

“Əgər biri işləyirsə, digəri isə evdədirsə, daha çox sosial şəbəkələrə aludə olur. Orada gördüyü məsələləri qabardır və onların təsirinə düşür.
Əsas səbəblərdən biri də ailə qurarkən düzgün niyyətin olmamasıdır. Məsələn, əmlak bölgüsü üçün evlənirlər. Bəzən qadınlar sadəcə uşaq sahibi olmaq istəyir və nikahı bunun üçün qururlar.
Hamısı ondan irəli gəlir ki, sevgi və hörmət olmayan cütlüklər ailə qurduqda, bu evliliyi uzun müddət davam etdirə bilmirlər.”
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












