Bibiheybət yolu ilə bağlı plan hazırdır - VİDEO

Bibiheybət yolu ilə bağlı yekun plan hazırdır. Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, paytaxtın cənub girişindəki yolda təmir-bərpa işlərinin hansı istiqamətdə aparılacağı bəlli olub. Söhbət bir müddət əvvəl çökən Bibiheybət yolundan gedir. Bibiheybət məscidi istiqamətində olan yolda baş verən çökmənin qarşısını almaq məqsədi ilə geoloji-kəşfiyyat işləri aparılıb. Geoloji-kəşfiyyat işlərinin nəticələri ilə bağlı hesabat formalaşdırılıb. Hesabat əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyinin "Azəryolelmitədqiqatlayihə” İnstitutunun və xarici mütəxəssislərin iştirakı ilə yolda aparılacaq bərkitmə işləri ilə bağlı layihə hazırlanıb. Bununla yanaşı yağış və qrunt sularının axıdılması üçün yeni drenaj sistemi yaradılacaq. İstinad divarlarında su axınını təmin etmək üçün eninə istiqamətdə boruların atılması nəzərdə tutulur. Hazırda isə ərazidə təmir-bərpa işlərinin başlanılması üçün hazırlıq işləri görülür.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












