Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yolun asfalt örtüyünün qazılaraq yararsız vəziyyətdə saxlanılması sakinlərin narazılığına səbəb olub.
Bu barədə ərazi sakinləri Avtosfer.az-a müraciət edərək bildiriblər ki, küçədə aparılan qazıntı işlərindən sonra yolun asfalt örtüyü bərpa edilməyib. Onların sözlərinə görə, artıq uzun müddətdir yol bu vəziyyətdə qalıb.
Sakinlər qeyd ediblər ki, yaranmış çökəkliklər və çalalar səbəbindən ərazidən keçən sürücülər hərəkətdə çətinlik yaşayırlar. Sürücülər avtomobillərinin zədələnməməsi üçün məcburi şəkildə sola manevr edirlər. Əks halda nəqliyyat vasitələri çökəkliyə düşərək maddi ziyan görür.
Sakinlər aidiyyəti qurumlardan problemin qısa zamanda aradan qaldırılmasını və yolun yenidən asfaltlanmasını tələb edirlər.
Nərmin
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












