Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub

Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi Rayon Polis İdarəsi və ys 43-cü Polis Bölməsinə müraciət edə bilərlər.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











