Binəqədidə “ayıq sürücü” müştərini döyüb, ona bıçaqla hucum edib

Bakıda döyülmə faktı baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Həsənov Mübariz Məhəmməd oğlu içkili olduğu üçün şirkətlərin birindən onu yaşadığı ünvana aparması üçün “ayıq sürücü” xidmətindən istifadə edib.
Lakin, “Mercedes” markalı avtomobildə hərəkətdə olarkən sürücü ilə avtomobil sahibi arasında mübahisə düşüb. Daha sonra mübahisə davaya çevrilib. Sürücü 60 yaşlı kişinin baş nahiyəsinə zərbələr endirib. Nəticədə ağır xəsarət alan H. Mübariz təcili yardımın köməkliyilə huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Yaralının ailə üzvləri bildirib ki, ayıq sürücü H. Mübarizi döyməklə kifayətlənməyib. Belə ki, o avtomobilin şüşələrini sındırıb və ahıl kişiyə bıçaqla hücum edib. Lakin ətrafdakılar onun qarşısını kəsiblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












