Binəqədidə kanalizasiya suyu yola axdı; qurum hərəkətə keçdi - FOTO

Paytaxtın Bakı şəhərinin Binəqədi rayonunda illərdir kanalizasiya sularının yolun hərəkət hissəsinə axması problemi davam edir.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, məsələ uzun müddətdir həllini tapmır və xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır.
Bildirilib ki, kanalizasiya suları açıq şəkildə asfalt örtüyünün üzərinə axır, nəticədə yol örtüyü zədələnir, ərazidə kəskin qoxu yaranır və sanitar vəziyyət pisləşir. Sürücülər qeyd edirlər ki, daimi nəmişlik və çirkli su asfaltın tez sıradan çıxmasına səbəb olur, çuxurlar əmələ gəlir və bu da avtomobillər üçün əlavə risk yaradır.

Ərazidə yaşayan sakinlər isə bildirirlər ki, problem təkcə yol infrastrukturuna deyil, həm də onların gündəlik həyatına mənfi təsir göstərir. Yay aylarında qoxunun artması, qışda isə buzlanma riski vəziyyəti daha təhlükəli edir.
Problemin köklü həlli üçün isə kommunikasiya xətlərinin yenilənməsi və ya əsaslı təmir işlərinin aparılması vacibdir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, problem artıq aradan qaldırılıb. Xəttin fəaliyyəti bərpa edilib.
Eltac Zülfüqaroğlu
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












