Binəqədidə "Mercedes" yanıb - VİDEO

Sosial şəbəkələrdə sentyabrın 25-də Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobil yanması hadisəsinə yanğınsöndürənlərin cəlb olunmaması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bu barədə Avtosfer.az-a Fövqəladə hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, bu gün saat 14:55-də FHN-in “112” qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 15:00-da (daxil olmuş zəngdən 5 dəqiqə sonra) hadisə yerinə çataraq yanğının mühərrik bölməsindən avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıb və 15:05 radələrində yanğın tam söndürülüb. Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Elxan İsmayıl oğluna məxsus “Mercedes” markalı 50-CK-141 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsi yanıb, digər hissələr isə yanğından mühafizə olunub: “Əlavə olunmuş müşahidə kameralarından götürülmüş kadrlardan da göründüyü kimi, yanğın FHN-in hadisə yerinə vaxtında çatmış yanğınsöndürənləri tərəfindən operativ olaraq söndürülüb. Odur ki, bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, həqiqətə uyğun olmayan bu kimi məlumatlara deyil, nazirliyin rəsmi saytı vasitəsilə yayılan təsdiqlənmiş məlumatlara istinad edilsin”.
*** Saat 16:34
Bakıda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA











